Modern.az

127 qadını zorladılar

127 qadını zorladılar

Təhsil

15 May 2015, 16:43


Vətəndaş müharibəsinin davam etdiyi Konqo Demokratik Respublikasında kütləvi zorlama faktı qeydə alınıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, insident bir neçə gün öncə Cənubi Kivu vilayətinin Kikamba şəhərində baş verib.

Şəhərə daxil olan 60 silahlı evləri talan edib, 127 qadını isə zorlayıblar. Hadisə yerinə gələn “Sərhədsiaz həkimlər” təşkilatı zorlanan qadınlara yardım göstəriblər. Təşkilast üzvləri Kikamba şəhərində yaşı 14 ilə 70 arasında 127 qadının zorlandığnıı bildirib.

Bir sıra ekspertlər 20 ildən artıqdır ayrı-ayrı hərbi qruplaşmaların mübarizə meydanına çevrilən Konqonu dünyanın əsas zorlama mərkəzi hesab edirlər. Hesab olunur ki, ölkədə azı 200 min qadın ömründə ən azı bir dəfə zorlanıb.  

Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?