Modern.az

Atletizm Oyunlarında azərbaycanlı şagirdlərin qələbəsi – FOTO

 Atletizm Oyunlarında azərbaycanlı şagirdlərin qələbəsi – FOTO

Təhsil

15 May 2015, 18:05

 

11 nömrəli inteqrasiya təlimli internat məktəbin və sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbin şagirdləri “VII Uluslararası Özel Atletizm Oyunları” idman yarışında uğurla iştirak ediblər.

Şimali Kipr Türk Respublikasında keçirilən yarışda 11 nömrəli inteqrasiya təlimli internat məktəbin şagirdləri Kəmalə Hüseynova qaçış üzrə və Aleksandra Fəxrəddinova uzunluğa tullanma üzrə birinci yeri tutaraq qızıl medala layiq görülüblər.

11 nömrəli internat məktəbinin şagirdləri Filippenko Nadejda uzunluğa tullanma üzrə ikinci, Tamam Heydərova qaçış üzrə ikinci, 4 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdləri Pərviz Mustafayev, Taleh Qiyasov qaçış üzrə ikinci yeri tutaraq gümüş medala və Fəqan Əliyev isə qaçış üzrə üçüncü yeri tutaraq bürünc medala layiq görülüblər.

İdman yarışının sonunda azərbaycanlı şagirdlər və onları müşayiət edən pedaqoji heyət Şimali Kipr Türk Respublikası Milli Təhsil Nazirliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif olunublar.

Modern.az

 

 
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?