Texas ştatının keçmiş qubernatoru Rik Perri ABŞ prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu bəyan edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, namizədliyini irəli sürməklə bağlı rəsmi qərarını iyunun 4-də qəbul edəcək.
Bundan əvvəl isə məlum olub ki, ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Bolton prezident seçkilərində iştirakdan imtina edib. Bolton qeyd edib ki, özünü realist hesab etdiyindən seçkiqabağı kampaniyasını həyata keçirə bilməz.
Modern.az