Modern.az

Bakı 2015 Tofiq Bəhramov adına Stadionda yeni bilet satış məntəqəsi açır

Bakı 2015 Tofiq Bəhramov adına Stadionda yeni bilet satış məntəqəsi açır

16 May 2015, 14:56


Bakı 2015, Tofiq Bəhramov adına Respublika Stadionunda bu gün yeni bilet satış məntəqəsi açdı və ictimaiyyətə Birinci Avropa Oyunlarına biletləri yalnız rəsmi mənbələrdən almağın vacibliyini xatırladır.

İyunun 12-də start götürəcək Oyunlara bütün ölkədə maraq yüksəldikcə, son həftələrdə biletlərə olan tələbat da xeyli artıb. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK), Oyunlara gələn tamaşaçılara biletləri yalnız Oyunların veb səhifəsindən və ya paytaxtın müxtəlif yerlərində quraşdırılmış 12 rəsmi bilet satışı məntəqəsindən almağı tövsiyə edir.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq bilet satışı ilə bağlı bunları bildirdi: “Bizim birinci dərəcəli məqsədimiz, Oyunlara gələn hər bir kəsin buradan ən yaxşı təəssüratlarla ayrılmasını təmin etməkdir.

Buna görə də, biz, bilet alan hər kəsə belə bir mesajla müraciət edirik – biletinizi yalnız Bakıdakı rəsmi bilet satış məntəqələrinin birindən yaxud baku2015.com veb səhifəmiz vasitəsilə alın.

Tofiq Bəhramov adına Respublika Stadionunun çölündə yerləşən yeni bilet satış məntəqəsi Bakıda açılan 12-ci belə mərkəzdir.

Məntəqə, həftənin yeddi günü saat 11:00-dan 21:00-a qədər fəaliyyət göstərəcək. Digər bilet satış məntəqələri, Park Bulvar, 28 Mall və Metro Park alış-veriş mərkəzləri də daxil olmaqla Bakının alverişli məkanlarında quraşdırılıb.

Bilet satış məntəqələrinin yerlərindən tutmuş, arenalara gediş-gəliş haqqında ətraflı məlumat da daxil olmaqla, Avropa Oyunları ilə əlaqədar istənilən məsələ haqqında informasiyanı 2015 nömrəsinə zəng edərək, Tamaşaçı Məlumat Mərkəzindən yaxud Bakı 2015 veb səhifəsindən əldə etmək olar.

Modern.az 

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər