Modern.az

Misirin sabiq prezidenti Məhəmməd Mursi edam olunacaq

Misirin sabiq prezidenti Məhəmməd Mursi edam olunacaq

16 May 2015, 15:13

Misir məhkəməsi sabiq ölkə başçısı, “Müsəlman qardaşları” təşkilatının lideri Məhəmməd Mursini ölüm hökmünə məhkum edib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, “casusluq” və “həbsən qaçış” maddələri ilə tam təqsirli elan edilən Mursi apellyasiya şikayəti verə bilməyəcək.  

Ölkədə bütün ölüm hökmlərinin Misir müftisi tərəfindən təsdiqləndikdən sonra icra olunduğunu nəzər alan məhkəmə Mursinin edam olunmasına icazə məqsədilə müftiyə müraciət edəcək.  

Buna görə də yekun hökm iyun ayının 2-də elan olunacaq.   Məhəmməd Mursi ilə yanaşı,”Müsəlman qardaşları” təşkilatının daha 35 üzvü də mühakimə olunur.  

Məhəmməd Mursi hazırki ölkə başçısı Ədbülfəttah əs-Sisi tərənidən edilən hərbi çeviriliş nəticəsində prezidentlik postunu itirmişdi.  

Modern.az 

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi