Modern.az

İngiltərə çempionatında ən sürətli het-trik

İngiltərə çempionatında ən sürətli het-trik

16 May 2015, 20:07

İngiltərə çempionatının 37-ci turunun açılış oyununda “Sauthempton”  “Aston Villa”nı 6:1 hesabı ilə məğlub edib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə gğrə, ev sahibinin seneqallı hücumçusu Sadio Mane 2 dəqiqə 56 sanirə ərzində 3 qol vurub.

Beləliklə, Mane İngiltərə Premyer liqası tarixində ən sürətli het-rtik müəllifi olub. O, “Liverpul”un keçmiş forvardı Robbi Faulerin 4 dəqiqə 33 saniyəlik rekordunu təzələyib. 

Ev sahibinin heyətində Manedən başqa Şeyn Lonq (26 və 38-ci dəqiqə) və 81-ci dəqiqədə Pelle də fərqlənib. “Aston Villa”nın yeganə qolunu 45+3-cü dəqiqədə Kristian Benteke vurub.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi