Modern.az

Putin hokkey oynadı, ilk şaybanı vurdu - VİDEO

Putin hokkey oynadı, ilk şaybanı vurdu - VİDEO

Təhsil

16 May 2015, 21:29



Soçidəki buz sarayında Rusiya prezidenti Vladimir Putin Gecə Hokkey Liqası (GHL) komandasının tərkibində meydançaya çıxaraq ilk şaybanı rəqib komandanın qapısından keçirib. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, o, heyətində siyasətçilərin, tanınmış biznesmenlərin və dünya hokkey ulduzlarının olduğu “GHL Ulduzları” komandasına ilk xalı qazandırıb.

Putinlə birgə buz üstünə Rusiyanın müdafiə naziri Serfey Şoyqu, Moskva vilayətinin rəhbəri Andrey Vorobyov, Tver vilayətinin rəhbəri Andrey Şevülüv və Tatarıstan Respublikasının rəhbəri Rustan Minnixanov çıxıblar.

Tanınmış idmançıların komandasında isə ikiqat Olimpiya, yeddiqat dünya çempionu Aleksandr Yakuşev, Gecə Hokkey Liqasının baş direktoru, ikiqat Olimpiya, səkkizqat dünya çempionu Sergey Makarov, ikiqat Olimpiya, yeddiqat dünya çempionu, Stenli Kubokuna sahib olan, Kanada Kubokunu qazanan Vyaçeslav Fetisov, olimpiya oyunlarının gümüş və bürünc mükafatçısı, dünya çempionu, Stenli Kubokunun finalçısı Pavel Bure oynayıb.

Biznesmenləri rusiyalı milyarderlər Vladimir Potanın, Gennadi Timçenko və Arkadiy Rotenberq təmsil edib.

Final İkinci Dünya Müharibəsində qələbənin 70 illiyinə həsr olunduğundan “GHL Ulduzları”nda  Rusiya prezidenti 70 nömrəli forma ilə oynayıb.



 

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür