Modern.az

“İlk Avropa Oyunları qədim Bakı torpağında” klipinin təqdimatı oldu - FOTO

“İlk Avropa Oyunları qədim Bakı torpağında” klipinin təqdimatı oldu - FOTO

16 May 2015, 21:35

Mayın 16-da, şənbə günü Beynəlxalq Muğam Mərkəzində “İlk Avropa Oyunları qədim Bakı torpağında” adlı mahnının və klipin təqdimat mərasimi keçirildi.

Mərasimdə gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və bir sıra təşkilatların rəhbər şəxsləri iştirak etdilər. Tədbirdə çıxış edən nazir Azad Rəhimov və ASAN xidmətin sədri İnam Kərimov idman azarkeşlərini gözəl mahnı və maraqlı klip münasibətilə təbrik edərək, Azərbaycan incəsənət ustalarına təşəkkür etdilər.

ASAN Xidmət könüllülərinin təşəbbüsü ilə hazırlanan klip ilk dəfə bu gün nümayiş edildi və mərasimə toplaşanların alqışları ilə qarşılandı.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov mahnı və kliplə bağlı deyib: “Azərbaycan və Avropa tarixində ilk dəfə keçiriləcək bu Oyunlara incəsənət nümayəndələrinin dəstək vermələri təqdirəlayiq haldır. Klip Avropa Oyunları ərəfəsində bəstəkar və müğənnilərimiz tərəfindən çox gözəl bir hədiyyədir. İnanıram ki, bu mahnı və klipi tək idman azarkeşləri deyil, bütün xalqımız maraqla dinləyəcək”.

ASAN xidmətin sədri İnam Kərimov Avropa oyunları və klipin təqdimatı barədə fikirlərini bildirib: “Azərbaycanda idmana dövlət qayğısı və bu sahəyə maraq ilbəil artmaqdadır.

Qitə tarixində ilk dəfə olaraq, məhz Bakıda keçiriləcək Birinci Avropa Oyunları ölkəmizin beynəlxalq aləmdə tanınmasında növbəti uğurlu addım olacaq. İnanıram ki, bu gün təqdim olunan mahnı və klip idmançılarımıza bir töhfə olacaq”.

Tədbirdə Azərbaycanın tanınmış müğənniləri, əməkdar artist Sevda Ələkbərzadə və xalq artisti Samir Cəfərov da çıxış edərək, Birinci Avropa Oyunlarınn ölkəmizin tarixində ən qürurverici hadisələrdən olduğunu qeyd edərək, yarışların başlanmasını bütün xalqımızın, o cümlədən, incəsənət ustalarımızın da səbirsizliklə gözlədiklərini qeyd etdilər.

Tədbirin sonunda akapella və fləşmob təşkil olundu.


 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı