Modern.az

Sən, yaşamaq istəmirsən

Sən, yaşamaq istəmirsən

16 May 2015, 22:16

Sən, yaşamaq istəmirsən,
Yaşaya bilmək haqqını istəyirsən.
Sən, ağlamaq istəmirsən.
Ağlayıb gülmək haqqını istəyirsən.
Sən tüstülü obaları,
Qalanmayan sobaları,
Biçilməyən zəmiləri,
Yapılmayan təndirləri,
Yəhərini çəkmədiyin kəndirləri.
Ot qoxuyan çəmənlərdə çapmadığın,
Yalmanına yatmadığın atları...
Qapanmış gözlər içində yox!
Sən görmək, görmək haqqını istəyirsən!

Asılıb əqrəblərdən,
Durdurub saatları
Geriyə dönmək,
Sən dönmək, dönmək haqqını istəyirsən!
İncidilən ruhları duyan kimi,
Üşüyən məzarlara həyan kimi
Torpağında gömülməkçün
Vətəndə ölmək haqqını istəyirsən.

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi