Modern.az

Saakaşvili Ukrayna hakimiyyətinin əsas problemini bəyan edib

Saakaşvili Ukrayna hakimiyyətinin əsas problemini bəyan edib

17 May 2015, 14:43

Gürcüstanın keçmiş prezidenti, Ukrayna dövlət başçısının  müşaviri Mixail Saakaşvili bəyan edib ki, rəsmi Kiyevin islahatlara maraqlı olduğunu görmür:

“Hesab edirəm ki, dəyişikliklər yalnız cəmiyyətin təzyiqi nəticəsində mümkündür, çünki yuxarılarda siyasi iradənin olduğunu görmürəm”.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, onun fikrincə, Ukrayna hakimiyyətinin özünün strukturu bürokratikləşməsi səbəbindən hətta siyasi iradə olacağı təqdirdə belə, Maydan hərəkatı nəticəsində hakimiyyət dəişikliyi baş verməsinə baxmayaraq işlək olmayacaq:

“Əsas problem odur ki, məmur fikirləşir ki, hakimiyyət dəyilkliyinə baxmayaraq, əbədi işləyəcək. Bürokrat öz funksiyasını vətəndaşa xidmət etməkdə görmür. Bu da mentalitet məsələsidir, sən öz xalqına necə münasibət göstərirsənsə, öz işini də elə görürsən”.

Bundan əlavə, Saakaşvili qeyd edib ki, Ukraynanın derequlyasiyasına ehtiyac var:

“Məsələn, tikintiyə razılıq almaq üçün 30 instansiyadan keçmək lazımdır, onların 12-si heç bir əsas olmadan imtina edə bilər. Ukraynda müstəqillik dövründə dünya kataloquna düşə biləcək heç bir bina tikilməyib.

Ona görə ki, bütün pullar korrupsiyaya gedir. Kiyevdəki torpağın qiyməti də korrupsiya ilə bağlıdır, bunun da nəticəsində az bina tikilir”.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir