Modern.az

Sabahın hava PROQNOZU: Bakıda külək olacaq

Sabahın hava PROQNOZU: Bakıda külək olacaq

17 May 2015, 14:53

Həftənin ilk iş günü - mayın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, mayın 18-də Bakı və Abşeron yarımadasında cənub küləyi əsəcək.  

Havanın temperaturunun gecə 10-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində mayın 18-də hava əsasən yağmursuz olacaq.

Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, Şərq küləyi əsəcək.  

Temperaturun gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı proqnozlaşdırılır.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?