Modern.az

Azərbaycanlı jurnalistlər Türkiyənin xarici işlər naziri ilə görüşüb

Azərbaycanlı jurnalistlər Türkiyənin xarici işlər naziri ilə görüşüb

Media

17 May 2015, 19:36

 

Türkiyəyə səfər çərçivəsində Parlament Jurnalistlər Birliyinin bir qrup üzvü bu ölkənin xarici işlər naziri ilə ğrüşüblər.

Bu barədə Modern.az saytına Türkiyəyə səfər etmiş jurnalist heyətinin rəhbəri, Parlament Jurnalistlər Birliyinin sədr müavini Aqil Aslan xəbər verib.

O deyib ki, Alanya Qazetçilər Cəmiyyətinin təşkil etdiyi “2014 Medya Başarı Ödülleri Töreni”ndə iştirak edən diplomat çıxışdan və ödülləndirmə törənindən dərhal sonra Strasburqa uçmalı olsa da, azərbaycanlı media mənsublarının görüş istəyinə müsbət cavab verib. Nazir azərbaycanlı jurnalistlərlə səmimi görüşüb hal-əhval tutandan sonra onların Birinci Avropa Oyunları, Qarabağ münaqişəsinin həlli və digər məsələlərlə bağlı suallarını cavablandırıb.

 Qeyd edək ki, heyətə “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy, “Report” İnformasiya Agentliyinin redaktoru Pərvin Abbasov, araşdırmaçı jurnalist Fərəh Sabirqızı və "Ekspress" qəzetinin əməkdaşı Aqil Aslan daxildir.

Türkiyə XİN rəhbərinin müsahibəsini bir azdan təqdim edəcəyik.

 

 

 


Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür