Modern.az

Qızları keçmiş prezidenti evtanaziya ilə ölməyə qoymayıblar

Qızları keçmiş prezidenti evtanaziya ilə ölməyə qoymayıblar

17 May 2015, 21:15


1980-ci il 12 sentyabr çevrilişinin memarı Kənan Evrenlə bağlı bağlı şok iddia ortaya çıxıb.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiuyi xəbərə görə, Türkiyənin 7-ci prezidenti, illər əvvəl evtanaziya istəyib, həkimlərinə “Buraxın da ölüm”,  - deyib. Amma qızları buna qarşı çıxıb. Evrenin 2010-cu il sentyabr referendumu öncəsi verdiyi açıqlamada da, “Konstitusiya dəyişikliyindən sonra mühakimə olunmağım gündəmə gələrsə, tapançamın bir gülləsilə öz işimi bitirirəm”,  - demişdi.

Mərhum prezident Kənan Evrenin 98 yaşında həyatını itirmədən illər öncə ölməyi arzuladığı ortaya çıxıb! 12 sentyabr 1980-ci il çevrilişin həyata keçirdikdən sonra prezident kürsüsünə oturan Kənan Evrenin evtanaziyaya istəyini qızlarına bildirdiyi öyrənilib.

Hətta iddiaya görə, xüsusilə 12 sentyabr ciayət işi ilə bağlı mühakimə olunmağa başladıqdan sonra 3 qızını da ətrafına yığıb belə deyib: “İllərdir ki, ölmək istəyirəm, Allah mənim canımı almır.Buraxın, imkan verin ölüm! Həkimlərimə deyin, məni yatırtsınlar”.

Ancaq bu sözləri eşidən qızları atalarının qeyri-adi istəyinə qarşı çıxıb.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir