Modern.az

Müsavatın Qadınlar Birliyinin sədri partiya sıralarından xaric edilib

Müsavatın Qadınlar Birliyinin sədri partiya sıralarından xaric edilib

Təhsil

17 May 2015, 23:23


Müsavat Partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədli partiya sıralarından xaric edilib.  

Bu barədə APA-ya acıqlamasında Müsavat Partiyası Xətai rayon təşkilatının sədri Dilşad Ələkbərli bildirib.   O deyib ki, E. Məmmədlinin partiyadan xaric edilməsi ilə bağlı qərar bu gün Şuranın iclasında qəbul olunub. Onun sözlərinə görə, E. Məmmədli partiyanın Nizamnaməsinin tələblərini pozduğuna, partiya üzvləri arasında antimüsavat təbliğatı aparıb, onları təşkilatdan istefa verməyə təhrik etdiyi üçün partiyadan kənarlaşdırılıb.

D. Ələkbərli əlavə edib ki, Şurada bir neçə nəfər də E. Məmmədlinin onlara zəng edərək, müsavatdan istefa verməyi təklif etdiyini söyləyib.   

E. Məmmədli isə  açıqlamasında  bu gün partiyanın qərargahında olduğunu qeyd edib: “Mən orda ola-ola barəmdə məndən xəbərsiz belə bir qərarın qəbul olunmasını düzgün hesab etmirəm.

Heç bir partiya üzvünü istefa verməyə təhrik etməmişəm, bu böhtandır. Qoy, həmin şura üzvlərinin adlarını açıqlasınlar”. 

Modern.az

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!