Modern.az

Heydər Əliyev Mərkəzində “açıq qapı” elan olunub

Heydər Əliyev Mərkəzində “açıq qapı” elan olunub

Təhsil

18 May 2015, 07:36

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Heydər Əliyev Mərkəzindəki sərgilər və Heydər Əliyev Muzeyində mayın 18-də saat 14.30-dan etibarən “açıq qapı” elan olunub.  

 

Ziyarətçilər saat 14.30-dan 19.00-dək Mərkəzdəki Heydər Əliyev Muzeyi və hazırkı sərgilər,  daimi ekspozisiyada nümayiş olunan əsərlərlə tanış ola bilərlər. 

  Qeyd edək ki, hazırda Heydər Əliyev Mərkəzində belçikalı rəssam Vim Delvuanın fərdi sərgisi, eləcə də “Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan”,  “Müasir Türk Rəsm Sənətində Təxəyyül, Məkan və Zaman”, “Graking art”, “Ceyranlar” sərgiləri, eləcə də daimi ekspozisiyada sərgilənən böyük britaniyalı heykəltəraş Aniş Kapurun “Parobolik bükülmə”, yapon rəssam Yayoi Kusamanın “Sabahın çiçəkləyən gülləri”, Toni Kreqqin “Nəzər nöqtələri” əsəri nümayiş olunur.

 

Modern.az

     
Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı