Modern.az

Mirşahinə ittiham: “Fərhad Əliyevin anasına salam verməyi həyatının xoşbəxt anları hesab edirdi”

Mirşahinə ittiham: “Fərhad Əliyevin anasına salam verməyi həyatının xoşbəxt anları hesab edirdi”

Təhsil

18 May 2015, 08:51

Milli Şuranın sədri Cəmil Həsənli Mirşahin Ağayevin “Hesabat”da onunla bağlı səsləndirdiyi ittihamlara cavab verib.   


Musavat.com xəbər verir ki, Cəmil Həsənli bu barədə status yazıb: “Dəyərli dostlar, Mirşahin Ağayev ANS-in bu axşamkı proqramında mənim haqqımda daha bir yalanı tirajladı. İş adamları ilə “Bandotdeldə” hesab çəkilməsinin əleyhinə olan mənim face statusuma istinad edərək bəyan etdi ki, guya mən həbs edilən iş adamlarının müdafiə komitəsi yaratmışam. Əgər Mirşahin iş adamları, Beynəlxalq Bankdan kredit almış biznes dairələri ilə məhkəmələrdə sivil qaydada, hüquq çərçivəsində araşdırma aparılmasını deyil, “Bandotdeldə” haqq-hesab çəkilməsini təqdir edirsə, bu onun öz peşə borcuna sədaqətinin aydın ifadəsidir. Mən hal-hazırda vicdan məhbusları və siyasi məhbusların müdafiə komitəsinin həmsədriyəm və bunu vətəndaşlıq borcum hesab edirəm. Bundan əvvəl isə hamının yaxşı tanıdığı Fərhad və Rafiq Əliyevlərin hüquqlarını müdafiə komitəsinə rəhbərlik etmişəm. O Rafiq Əliyevin ki, Mirşahin bir vaxtlar Perimbelə (Doğilduğu kəndə-red) gedəndə də, Perimbeldən dönəndə də Alarda (Fərhad Əliyevin doğulduğu kənd-red) maşınını saxlayıb onun anasına salam verməyi (ən yüngül formada desək) həyatının xoşbəxt anları hesab edirdi.”    
Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi