Modern.az

Mirşahin Ağayev: “Cəmil Həsənli nə istəyir desin”

Mirşahin Ağayev: “Cəmil Həsənli nə istəyir desin”

18 May 2015, 10:32


“Mən Cəmil Həsənli barədə fikirlərimi artıq demişəm”. Bu sözləri Modern.az saytına açıqlamasında ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev bildirib.

O, Milli Şuranın sədrilə bağlı əlavə şərhə ehtiyac görmədiyini açıqlayıb: “Cəmil Həsənli nə istəyir desin”.

Milli Şuranın sədri Cəmil Həsənli Mirşahin Ağayevin “Hesabat”da onunla bağlı səsləndirdiyi ittihamlara cavab verib.   O, telejurnalisti yalanlar tirajlamaqda ittiham edib:

“ İş adamları ilə “Bandotdeldə” hesab çəkilməsinin əleyhinə olan mənim “Feysbuk” statusuma istinad edərək bəyan etdi ki, guya, mən həbs edilən iş adamlarının müdafiə komitəsi yaratmışam. Əgər Mirşahin iş adamları, Beynəlxalq Bankdan kredit almış biznes dairələri ilə məhkəmələrdə sivil qaydada, hüquq çərçivəsində araşdırma aparılmasını deyil, “Bandotdeldə” haqq-hesab çəkilməsini təqdir edirsə, bu onun öz peşə borcuna sədaqətinin aydın ifadəsidir. Mən hal-hazırda vicdan məhbusları və siyasi məhbusların müdafiə komitəsinin həmsədriyəm və bunu vətəndaşlıq borcum hesab edirəm. Bundan əvvəl isə hamının yaxşı tanıdığı Fərhad və Rafiq Əliyevlərin hüquqlarını müdafiə komitəsinə rəhbərlik etmişəm. O Rafiq Əliyevin ki, Mirşahin bir vaxtlar Perimbelə (doğilduğu kəndə-red.) gedəndə də, Perimbeldən dönəndə də Alarda (Fərhad Əliyevin doğulduğu kənd-red.) maşınını saxlayıb onun anasına salam verməyi (ən yüngül formada desək) həyatının xoşbəxt anları hesab edirdi”. 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!