Modern.az

Prezident və xanımı forumun açılışında iştirak ediblər

Prezident və xanımı forumun açılışında iştirak ediblər

18 May 2015, 10:50


Bu gün Bakıda üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi keçirilir.

Trend-in məlumatına görə, Forumun rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edirlər.

Qeyd edək ki, Bakıdakı forum “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” devizi altında keçirilir.  

APA bildirir ki, müzakirələr ilk növbədə BMT Baş Assambleyası tərəfindən elan olunan 21 May - Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik gününə həsr olunan layihə və proqramlar, eləcə də mədəniyyətlər arasında etimad və əməkdaşlığın möhkəmləndirilməsində din, miqrasiya, idman, təhsil, incəsənət və biznesin buradakı rolu ətrafında aparılacaq.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?