Modern.az

Prezident terrorizmə qarşı mübarizədə təhsilin rolundan DANIŞDI

Prezident terrorizmə qarşı mübarizədə təhsilin rolundan DANIŞDI

18 May 2015, 12:05


Bu gün Bakıda üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi keçirilir.

Trend-in məlumatına görə, Forumun rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edirlər.

Dövlət başçısı çıxışı zamanı müasir dövrdə təhsilin əhəmiyyətini vurğulayıb.

İlham Əliyev qeyd edib ki, Azərbaycan təhsilə böyük önəm verir. Ölkə başçısı Azərbaycanda gənc nəslin təhsil almaq istəyi ilə bağlı məmnunluğunu ifadə edib.
Prezidentin sözlərinə görə, təhsil terrorizm, ekstremizm və fundamentalizmə qarşı ən böyük zəmanətdir. O həmçinin bildirib ki, Azərbaycanın gənc nəsli çox vətənpərvərdir.

Dünyadakı neqativ tendensiyalara toxunan Azərbaycan Prezidenti neofaşist hərəkatının təhlükəli tendensiyalarını qeyd edib.

Prezident bildirib ki, beynəlxalq təşkilat liderləri bu məsələyə ciddi yanaşmalıdırlar.

Ölkə başçısı Azərbaycan Avropanın enerji təhlükəsizliyindəki rolundan da danışıb. O bildirib ki, ölkəmiz bu məsələsə Avropa üçün mühüm rola malikdir.

Prezident qeyd edib ki,  Azərbaycan regional səviyyədə çox müsbət rol oynayır: "Təşəbbüslərimiz regional əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib və enerji təhlükəsizliyi ilə əlaqəlidir”.

Prezident bildirib ki, Azərbaycanın təşəbbüskarı olduğu layihələr region sərhədlərini aşır: “Bu ölkələri və qitələri birləşdirən layihələrdir”.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu