Modern.az

“İqtidar-müxalifət görüşü cəmiyyətdəki gərginliyi azaltmaq üçün çox vacibdir” - Politoloq

“İqtidar-müxalifət görüşü cəmiyyətdəki gərginliyi azaltmaq üçün çox vacibdir” - Politoloq

18 May 2015, 12:53


Ötən həftə Azərbaycanda fəaliyyət göstərən bir qrup müxalifyönlü partiya sədrinin iştirakı ilə növbəti iqtidar-müxalifət görüşü keçirildi. Görüşdə müxalifətyönlü partiya nümayəndələri bəzi təkliflərlə çıxış etdi.

Politoloq Qabil Hüseynli Modern.az saytına görüşün cəmiyyət üçün hansı önəm daşıdığından danışıb.

O bildirib ki, müxalifət partiyaları həmişə dialoq-dialoq deyir və iqtidarın dialoqdan qaçdığını iddia edirdi: “Bu gün iqtidarın özü dialoq deyir və müxalifəti dialoqa çağırır. Zənnimcə, bu, cəmiyyətdəki qarşıdurma əhval-ruhiyyəsini, gərginlik tempini aşağı salmaq üçün çox vacib görüş idi. Ötən həftə baş tutan görüşdə cəmiyyəti düşündürən vacib məsələləri müzakirə etdilər. Müxalifət seçkilər və ölkədə demokratiyanın inkişafı ilə bağlı öz təkliflərini verdi. İqtidar nümayəndələri də təklifləri dinlədi və yəqin ki, bunların hamısı ölkənin siyasi rəhbərliyinə çatdırılacaq. Beləliklə, yavaş-yavaş Azərbaycan cəmiyyəti də dialoq aparmaq, dialoq aparmağın siyasi mədəniyyətinə yiyələnmək kimi keyfiyyətləri özündə ehtiva edir. Bu da insanların, siyasi firqələrin, eləcə də müxalifət və iqtidarın bir-birinə düşməncəsinə deyil, yığışıb qalan onlar üçün problem əhəmiyyəti kəsb edən məsələləri müzakirə etməklə həllinə imkan verir. Mən bu praktikanı alqışlayıram və belə görüşlərin davam etdirilməsinin tərəfdarıyam”.

Növbəti görüşün nə vaxt olacağına gəlincə, Qabil Hüseynli bildirib ki, bu, müəyyənləşdirilməyib: “Növbəti görüş haqqında fikirlər formalaşanda müxalifət partiyaları bunu öz üzvləri ilə müzakirə etməli, sonradan iqtidara yeni görüş haqqında tələb göndərməlidir. Məncə, növbəti görüş çox çəkməz. Ola bilsin ki, bu proses sentyabrın əvvəllərində canlansın. Çünki qarşıdan parlament seçkiləri gəlir və bu dövrdə müxalifətin daha çox sualları meydana çıxacaq. Bu ərəfədə intensiv iqtidar-müxalifət dialoqu başlayacaq”.

Yeganə OQTAYQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir