Modern.az

"Müsavatdakı problemlərə görə rəhbərlik məsuliyyət daşıyır"

"Müsavatdakı problemlərə görə rəhbərlik məsuliyyət daşıyır"

18 May 2015, 12:56


“Müsavat Partiyası Gənclər Təşkilatı qurultaydan xeyli vaxt keçməsinə baxmayaraq, hələ də formalaşdırılmayıb. Mən burada gənclərdə təqsir görmürəm”.

Bunu Modern.az saytına Müsavat Partiyası Gənclər Təşkilatının sabiq sədri, başqanlığa keçmiş namizəd Tural Abbaslı deyib.

O, Müsavatın Gənclər Təşkilatının hazırkı fəaliyyətini şərh edərkən bildirib ki, problemlərin yaranmasında partiya rəhbərliyi məsuliyyət daşıyır.   Tural Abbaslı qeyd edib ki, qurum daxilində gənclərlə bağlı məsələlərin koordinasiya edilə bilməməsi  Müsavat rəhbərliyinin neqativlərinin nəticəsidir:  

“Müsavat rəhbərliyi gəncləri partiyadan küsdürüb və onları proseslərdən uzaqlaşdırıblar. Müsavat Partiyasında rayon təşkilatları və digər strukturlar hazırda normal fəaliyyət göstərir ki, Gənclər Təşkilatı da aktiv olsun? Gənclərin aktiv olması üçün gərək partiya daxilində mühit yaxşılaşdırılsın”.  

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əhliman Abbas ötən ilin oktyabrında vəzifəsindən istefa verdiyini bəyan edib.  

Aqşin Kərimov  

 
Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər