Modern.az

Həbsxanada olan sabiq nazir xəstəxanaya yerləşdirildi

Həbsxanada olan sabiq nazir xəstəxanaya yerləşdirildi

Reportaj

18 May 2015, 13:28

17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev xəstəxanaya yerləşdirilib. Modern.az saytının əldə etdiyi məlumata görə, səhhətində yaranan problemə görə o, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb.

Nicat Quliyevi 2013-cü il avqustun 7-də Milli Təhlükəsizlik Nazirliyi həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz odlu silah saxlamada təqsirli bilinib. Sumqayıt Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Yeganə OQTAYQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?