Modern.az

Şok iddia: Fransua Oland Bəşər Əsədə sui-qəsd təşkil edib

Şok iddia: Fransua Oland Bəşər Əsədə sui-qəsd təşkil edib

Təhsil

18 May 2015, 13:33


Bu iddia dünya gündəminə bomba kimi düşüb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, iddiaya görə Suriyanın hərbi kəşfiyyat qurumunun başçısı Refik Şehade və İsrail mənşəli bir fransız agenti Suriya dövlət başçısı Bəşər Əsədə sui-qəsd təşkil edib.

ABŞ-ın döyüş qazilərinin məqalələrini çap edən “Veterans Today” internet saytının redaktoru Gordon Duffun ortaya atdığı bu iddia gündəmə bomba kimi düşüb.

Vyetnam döyüşünün qazisi olan amerikalı yazar məqaləsində Rusiya dövlət başçısı Vladimir Putin və Rusiya Hərbi  Kəşfiyyat Xidmətinin mühafizəsi altında olan Əsədə sui-qəsd cəhdinin arxasındakı adların Fransa prezidenti Fransua Olland və İsrailin baş naziri Benyamin Netanyahu olduğunu iddia edib.

Duff, iddiasının təsdiqi kimi  “Veterans Today”ın Dəməşq bürosunun rəhbərinin Suriya təhlükəsizlik qüvvələrindən aldığı məlumatları göstərir. Suriyalı hərbi qüvvələri səlahiyyətlilərinin Əsədə sui-qəsd edildiyini təsdiqlədiyi iddia edilir.

Xəbərdə Olland və Netanyahunun Doha və Riyad ziyarətlərindən sonra bu planı təşkil etdikləri iddiası da yer alıb. Fransalı səlahiyyətlilərin isə xəbər haqqında hər hansı bir şərh etmədiyi bildirilir.

Duff məqaləsində Fransanın Suriya və Livan üzərində təxmin ediləndən çox daha çox bir təsirə sahib olduğunu, ancaq çox az adamın bu təsirin fərqində olduğunu vurğulayır. İki həftə əvvəl də ərəbcə yayılan “Wasel News” adlı bir xəbər saytı Əsədin öldürüldüyünü iddia etmiş və xəbər ərəb mediasında da yayılmışdı.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?