Modern.az

İşə gəlməyən deputatların adları açıqlanacaq

İşə gəlməyən deputatların adları açıqlanacaq

18 May 2015, 14:28



Mayın 19-dan Ukrayna Ali Radasının saytında xalq deputatlarının səsvermələri və iclas buraxmaları ilə bağlı məlumat yerləşdiriləcək.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Ali Radanın sədri Vladimir Qroysman məlumat verib. O qeyd edib ki, işə gəlməyən deputatların ad və soyadları bir-bir sadalanacaq: “Sabah da Ali Radanın saytında xalq deputatlarının səsvermədə iştirakı ilə bağlı məlumat yerləşdiriləcək və “top” rubrikası hazırlayırıq. Burada ölkə “ən yaxşı” işə gəlməyənlərin kimlər olduğunu, parlamentin iclaslarına gəlməyənlərin necə səs verdiklərində xəbərdar olacaq”.

Spiker qeyd edib ki, deputat seçiliblərsə, komitələrdə, parlamentin iclaslarında işləməlidirlər, səs verməlidirlər, qərarlara daim və professional yanaşmalıdırlar: “Ancaq işə gəlməməklə özlərinə sərfəli həyat qurmamalıdırlar”.

O, ictimai təşkilatları və KİV-ləri də “Dayan – işə gəlməyən” kampaniyası təşkil etməyə çağırıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı