Modern.az

BDU-nun Jurnalistikasını 1980-ci ildə bitirən məzunlar görüşdülər - FOTOLAR

BDU-nun Jurnalistikasını 1980-ci ildə bitirən məzunlar görüşdülər - FOTOLAR

18 May 2015, 16:21

Taleyini jurnalistikaya bağlamaq üçün qırx il əvvəl-1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsinə daxil olmuş, beş il tələbəlik həyatının romantikasını yaşamış, idrakın gücü, zəhmətin bəhrəsi ilə 1980-ci ildə jurnalist adını qazanaraq, bu sənətlə müstəqil həyata başlamış bir qrup qələm adamı mayın 15-də tələbəlik həyatı ilə vidalaşmalarının 35-ci ildönümü münasibətilə bir yerə toplaşıblar.

Modern.az-ın məlumatına görə, veteran məzunlar əvvəlcə milli mətbuatımızın banisi Həsənbəy Zərdabini Fəxri Xiyabanda ziyarət edərək, məzarı üstə tər çiçəklər düzüblər. Tədbir iştirakçıları burada ömrü yarıda qalmış tələbə yoldaşlarının və dünyadan köçmüş müəllimlərinin xatirəsini də yad ediblər.

Tədbir ziyafət şəklində davam edib. 1980-ci in məzunları və Jurnalistika fakültəsinin tədbirə qatılmış professor-müəllim heyəti ziyafət zamanı, həmin dövrün xatirə və təəssüratlarını dilə gətirib, həmçinin tələbəlik illərinə aid fotolardan ibarət diskə baxıblar.






Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı