Modern.az

Birinci xanım Natali Qule ilə GÖRÜŞÜB

Birinci xanım Natali Qule ilə GÖRÜŞÜB

18 May 2015, 16:23


Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Fransa Senatının üzvü Natali Qule ilə görüşüb. 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva senator Natali Quleni Bakıda yenidən görməkdən məmnunluğunu bildirib.   Mehriban Əliyeva Natali Qule ilə müxtəlif tədbirlərdə birgə iştirakını xatırlayıb, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğuladı. Birinci xanım Mehriban Əliyeva Natali Qulenin Fransa parlamentinin üzvü kimi Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verməsini yüksək dəyərləndirib.  

Yenidən ölkəmizə səfərindən məmnun olduğunu söyləyən Fransa parlamentinin deputatı hər gəlişi zamanı paytaxtımızda gördüyü dəyişikliklərin və yeniliklərin onu heyran etdiyini bildirib. Tədbirə dəvətə görə təşəkkürünü bildirən Natali Qule artıq ənənə halı almış Bakı Forumunun mədəniyyətlərarası dialoqun genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?