Modern.az

Türkiyədə hakim partiyanın reytinqi aşağı düşür

Türkiyədə hakim partiyanın reytinqi aşağı düşür

18 May 2015, 16:33


“Gezici” Araşdırma Şirkəti tərəfindən may ayının 9-10-da 36 eldə 4 min 860 adam arasında aparılan sorğuya görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) 38,2 faiz, Cümhuriyyət Xalq Partiyası (CHP) 30,1, Millyyətçi Hərəkat Partiyası (MHP) 17,1, Xalqların Demokratik Partiyası (HDP) 10,5 və digərləri 4,1 faiz səs toplayıb.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, aprel ayında keçirilən sorğunun nəticələrində AKP 39 faiz səs toplaşmışdı.

Bunun səbəbi nədir? Sorğulara görə,  AKP-nin bu qədər böyük səs itkisinə uğramasının səbəbləri arasında ilk sırada xalqın dolanışığının çətinliyi və dolanışıq çətinliyi sürərkən Ağ Sarayın (Prezident sarayı) xərclərinin bu qədər yüksək olması gəlir.  

Bundan əlavə, AKP-nin işsizliyi həll edə bilməməsi, PKK ilə bağlı problemin həll müddətini idarə edə bilməməsi, “hakimiyyətdən sui-istifadə etdi” deyənlərin sayında ciddi artım olması,  Rəcəb Tayyib Ərdoğanın prezidentlik üsul-idarəsi sisteminə keçidi istəməsi, suriyalı mühacirlərin nəzarətsiz qalması, , təhsil problemini həll edilə bilməməsi, mediaya basqının artması, məhkəməyə müdaxilə edilməsi və qadına təcavüzün artması say itkisinin ən böyük səbəbləri arasında göstərilir.  

Sorğuya görə, xalq Ərdoğanın tələb etdiyi prezidentlik sistemini qətiliklə istəmir.

“Prezidentlik sistemi olsunmu” sualına rəyi soruşulanların 76,2 faizi “xeyr”, 23,8 faizi isə “bəli” cavabı verib.  

Məlumatda qeyd edilir ki, AKP-nin reytiniqinin 40 faizdən aşağı düşməsi bəlli olandan sonra prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd  Davudoğlu seçki mitinqlərinin sayını artırıb. İki liderin gündə ən az iki şəhəri ziyarət etmə qərarı aldığı da bildirilir.

Qeyd edək ki, AKP bundan əvvəlki parlament seçkilərində 49,9 faiz səs toplamışdı

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?