Modern.az

QHT nümayəndələri universitetdə imtahanların gedişini izlədilər

QHT nümayəndələri universitetdə imtahanların gedişini izlədilər

Təhsil

18 May 2015, 17:05


Mayın 18-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru, Milli Məclisin deputatı,  professor Səməd Seyidovun bu ilin 6 aprel tarixində  imzaladığı 32 saylı əmrinə əsasən imtahanların açıq və şəffaf keçirilməsini təmin etmək məqsədi ilə tələbələrin valideynləri, o cümlədən ADU-nun İctimaiyyətlə Əlaqələr Departamentinin universitetə dəvəti çərçivəsində QHT üzvləri, ictimai təşkilat nümayəndələri universitetdə imtahanların gedişini izləyiblər. İzləmə prosesində Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, Korrupsiyaya Qarşı Mübarizə şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov iştirak edib.

Pedaqoji (ingilis dili- alman dili), Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültələrində keçirilən imtahaların izlənmə prosesində iştirak Əliməmməd Nuriyev təmsil etdiyi təşkilatın fəaliyyət istiqamətləri haqqında tələbələrə məlumat verib. O, ali təhsil ocaqlarında imtahan sessiyalarının gedişi ilə bağlı monitorinqlər aparıldığını bildirib. İmtahan sualları ilə maraqlanan koordinator aparılan monitorinqlərin obyektivliyə xidmət etdiyini vurğulayıb. Ə.Nuriyev tələbələrdən imtahanla bağlı hər hansı bir problemlərinin olub–olmadığı, qiymətləndirmə zamanı obyektivliyin və şəffaflığın qorunduğu haqqında maraqlanıb. Ə.Nuriyev əgər problem olarsa bununla bağlı onlara müraciət etməyin zəruriliyini bildirib. O, ADU-nun digər ali təhsil ocağına nümunə olduğunu və universitetdə tələbələrin hərtərfli inkişafı üçün yüksək şərait yaradıldığından məmnunluğunu ifadə edib.

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Ə.Nuriyev monitorinqlərin aparılması üçün yaradılan şəraitə görə universitetin rektoru S. Seyidova təşəkkürünü bildirib.

İmtahanların yüksək səviyyədə keçdiyini və bütün lazımi şəraitin yaradıldığını bildirən tələbələr eyni zamanda imtahanla bağlı öz  təkliflərini səsləndiriblər.

Xatırladaq ki, ADU-da yaz imtahan sessiyasına mayın 12-dən start verilib. Yaz imtahan sessiyası 6 fakültənin ( Pedaqoji (ingilis dili-alman dili), Pedaqoji (ingilis dili-fransız dili) Filologiya və Jurnalistika, Tərcümə, Regionşünaslıq və Beynəlxalq münasibətlər, Əlavə təhsil) əyani şöbəsində aparılır. Qiyabi şöbədə də sessiya müddəti  Pedaqoji fakültədə aprelin 20-dən  mayın 26-dək, Tərcümə fakültəsi və Əlavə təhsil fakültəsi üzrə isə aprelin 27-dən mayın 31-dək  müəyyən edilib.

Yaz imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah yaradılıb. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!