Modern.az

Bəşər Əsədə qarşı döyüşən azərbaycanlıların növbəti məhkəməsi keçirildi

Bəşər Əsədə qarşı döyüşən azərbaycanlıların növbəti məhkəməsi keçirildi

18 May 2015, 18:20

Mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etməkdə təqsirli bilinən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Vəkil Elmar Süleymanov Moden.az saytına bildirib ki, prosesdə iş üzrə təqsirli bilinən şəxslər də iştirak edib: “Bugünkü prosesdə bir sıra vəsatətə qaldırdıq. Bunlar aşağıdakılardı:
Ruslan Mustafayevin mənzilində aşkar edilmiş patronların üzərində onun barmaq izlərinin olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə-daktiloskopik ekspertizası təyin edilməsi;

Bəşər Əsədin 16 iyun 2014-cü ildə Suriya Ərəb Respublikasının prezidenti seçilməsi ilə əlaqədar bu dövlətin ərazisində iyunun 9-u 2014-cü ilədək törədilmiş cinayətlərə görə elan edilmiş ümumi amnistiya aktına dair Suriya Ərəb Respublikasına sorğu göndərilsin və bu sorğunun cavabı məhkəməyə təqdim edilməsi;

Bəşər Əsədin 16 iyun 2014-cü ildə Suriya Ərəb Respublikasının prezidenti seçilməsi ilə əlaqədar bu dövlətin ərazisində 9 iyun 2014-cü ilədək törədilmiş cinayətlərə görə elan edilmiş ümumi amnistiya aktının mövcudluğunu nəzərə alaraq Azərbaycan Konstitusiya Məhkəməsinə müraciət edilməsi;

Ruslan Mustafayevin cinayət məcəlləsinin 228.1; 12.1, 279.1; 12.3, 28, 214.2.1; 12.3, 28, 214.2.3; 12.1, 218.2; 12.1, 28, 279.1; 12.1, 28, 218.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin iradəsindən asılı olmayaraq başa çatdırılmamasına dair mötəbər sübutların tədqiq edilməsi üçün məhkəməyə təqdim edilməsi;

Müdafiə hüququnu təmin etmək məqsədi ilə Ruslan Mustafayevə qarşı irəli sürülmüş hər bir ittihamın qanunvericiliyə uyğun olaraq dəqiqləşdirilməsi;

Müdafiə hüququnu təmin etmək məqsədilə Ruslan Mustafayevə qarşı irəli sürülmüş hər bir ittiham üzrə cinayət əməllərin onun tərəfindən törədilməsini təsdiq edən mötəbər və təkzibedilməz sübutların tədqiq edilməsi üçün məhkəməyə təqdim edilməsi.
Ancaq qaldırdığımız vəsatətləri məhkəmə təmin etmədi.

Məhkəmə çox çətin durumda qaldı. Müdafiəçilər ittihamçılara müəyyən suallar verdilər, onlar bunu cavablandıra bilmədilər. Çünki bu cinayət işində kifayət qədər sübut yoxdur. Proses yekunlaşmaq üzrədir. Növbəti proses mayın 25-nə dövlət ittihamçısının və müdafiəçilərin çıxışı ilə davam edəcək”.

Ötən il sentyabrın 23-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 nəfər Azərbaycan vətəndaşı – Soltan Yusifov, Taleh Soltanov, Vilayət Həsənli, Malik Musayev, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin Əliyev,  Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov, Maarif Mərdanov, Vüqar Dursunəliyev və Elşən Qurbanlı şübhəli şəxs qismində saxlanılıblar.

Həsənov Tural Namiq oğlu Cinayət Məcəlləsinin 12.1., 279; 12.3., 28, 214.2.1.; 12.3., 28, 214.2.3. və 12.1., 218.2.-ci maddələri ilə

Mustafayev Ruslan Azər oğlu isə 228.1; 12.1, 279.1; 12.3, 28, 214.2.1; 12.3, 28, 214.2.3; 12.1, 218.2; 12.1, 28, 279.1; 12.1, 28, 218.2 -ci maddələri ilə təqsirləndirilir.

Yeganə OQTAYQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır