Modern.az

Gürcüstanın baş naziri Azərbaycana gələcək

Gürcüstanın baş naziri Azərbaycana gələcək

Təhsil

18 May 2015, 21:14


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iyunun 12-13-də Bakıda I Avropa Oyunlarının açılışında iştirak edəcək.

Modern.az saytının Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə baş nazir bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Batumidə yeni ofisinin açılışında bildirib.

İrakli Qaribaşvili qeyd edib ki, Azərbaycan Gürcüstanın vacib strateji tərəfdaşıdır. O,

SOCAR prezidenti Rövnəq Abdullayevə təşəkkür etdiyini də söyləyib.

"Yeni ofisin açılışı münasibətilə Acarıstan hökumətini də təbrik edirəm. Azərbaycan Gürcüstanın vacib strateji tərəfdaşıdır və biz bu investisiyaları alqışlayırıq".

Modern.az
 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır