Modern.az

“Qarabağ klanın”da MÜƏMMA : Köçəryan cürət etmir

“Qarabağ klanın”da MÜƏMMA : Köçəryan cürət etmir

18 May 2015, 22:09

Ermənistan prezidenti Serj Sərkisyanın keçmiş dövlət başçısı Robert Köçəryanla birlikdə, yoxsa, bir-birinə qarşı olduğu hakimiyyət sistemini, müxtəlif siyasi qanadları maraqlandırır.  Modern.az saytının verdiyi xəbərə görə bu barədə Ermənistanın 1in.am analitik portalı məqalə yazıb.

Yazıda bildirilib ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın konkret sözlər deməkdən qismən çəkinməsi sual doğurur. Məlumata görə Robert Köçəryan vaxtaşırı öz siyasi ambisiyalarını dəqiqləşdirmədiyini xatırladır.   Qeyd edilib ki, Ermənistanda siyasi hadisələrin inkişafı məhz kütlədən asılı olacaq:  

Kütlənin qərarı əhəmiyyətli olsa da, o, hələ də kimin tərəfinə keçməyi müəyyənləşdirməyib. Amma məntiqi sual yaranır: Serj Sərkisyan və Robert Köçəryan hansı səbəbdən  əks cəbhədə yer aldılar? Hakimiyyətə yiyələnmək arzusu Serj Sərkisyanla Robert Köçəryan arasında ziddiyyətlərin yaranmasına səbəb oldu”,-deyə məqalədə vurğulanıb.  

O da bildirilib ki, sələf və xələf arasında yaranmış problemin başqa səbəbləri də var.  

Xaos və gözlənilməzlik Sərkisyanla Köçəryan arasında etibarsızlıq mühiti yaradır. Buna görə də Köçəryan öz planları barədə nəsə bildirməyə cürət etmir”.  

Qeyd edək ki, “Qarabağ klanı”nın nümayəndələri olan Serj Sərkisyan və Robert Köçəryan  keçmişdə müttəfiq olsalar da, bu, indi belə deyil. Təsadüfi deyil ki, Serj Sərkisyanın iqtidara gəlməsinə xeyir-dua verən Ermənistanın 2-ci prezidenti Robert Köçəryan hazırda mütəmadi olaraq ölkə hakimiyyətini sərt tənqid edən bəyanatlar verir.  

Erməni mənbələri iddia edir ki, Robert Köçəryan artıq böyük siyasətyə qayıtmağı düşünür.

Aqşin Kərimov  


Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir