Modern.az

Bin Laden haqqında yeni İDDİA: ABŞ kimdən yararlanıb?

Bin Laden haqqında yeni İDDİA: ABŞ kimdən yararlanıb?

18 May 2015, 22:38


 

Əl-Qaidə terror təşkilatının ABŞ-ın apardığı əməliyyatlar nəticəsində öldürülən lideri Üsamə Bin Ladenlə bağlı yaranmış müəmma hələ də müzakirə mövzusudur.  

Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə  Almaniyanın “Bild am Sonntag” nəşri Bin Ladenlə bağlı yeni iddia ortaya atıb.

ABŞ diplomatik qaynaqlarından sözügedən media orqanına verilən məlumatda bildirilib ki, Almaniya kəşfiyyatının (BND) Bin Laden haqqında Vaşinqtona ötürdüyü məlumatlar terrorçu liderin tapılıb öldürülməsində mühüm rol oynayıb. 

Məlumata görə BND Bin Ladenin Pakistanda gizlənməsi barədə Pakistanın xüsusi xidmət orqanının (ISI) agentindən aldığı informasiyanı Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) verib. 

Qeyd edək ki, Bin Laden 2011-ci ilin may ayında ABŞ hərbi qüvvələrinin Pakistanda həyata keçidiyi əməliyyatlar zamanı öldürülüb.

Bu yaxınlarda isə tanınmış araşdırmaçı-jurnalist, "Pulitzer" mükafatçısı Seymur Herş Bin Ladenin öldürülməsi haqqında informasiyaları ABŞ prezidenti Barak Obama tərəfindən tirajlanan yalan kimi xarakterizə edib.

Aqşin Kərimov 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?