Modern.az

Avropa Oyunları ilə bağlı dəstək AKSİYASI

Avropa Oyunları ilə bağlı dəstək AKSİYASI

18 May 2015, 22:55


“Bakı-2015” birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri çərçivəsində Bakıda velosiped üzrə zona yarışı keçirilib.

Modern.az xəbər verir ki, yarışda Təhsil Nazirliyinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF), yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dənizkənarı Bulvar ərazisində təşkil olunan yarışın açılış mərasimində bildirilib ki, turnir “Bakı-2015” ilk Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü (velosiped, voleybol, stolüstü tennis, taekvondo, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, atletika, akrobatika və bədii gimnastika) üzrə Təhsil Nazirliyinin məktəblilər arasında təşkil etdiyi zona birincilikləri çərçivəsində baş tutub. Yarış Bakı şəhərinin rayonları üzrə üç yaş kateqoriyasından olan məktəbli oğlanlar və qızlar arasında təşkil olunub.

Yüzədək velosipedçinin qatıldığı yarışda oğlanlar arasında 2003-2004-cü il yaş qrupu üzrə birinci və ikinci yerləri Xətai, üçüncü yeri Nərimanov, 2001-2002-ci il yaş qrupu üzrə birinci yeri Yasamal, ikinci yeri Xətai, üçüncü yeri Nizami, 2000-ci il yaş qrupu üzrə birinci yeri Xətai, ikinci və üçüncü yerləri Binəqədi məktəbliləri tutublar. Qızlar arasında isə birinci və üçüncü yerlərə Xətai, ikinci yerə Nizami rayonlarının məktəbliləri çıxıblar. Qaliblər diplom və medallarla mükafatlandırılıb.

Birinci Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan məktəblilərarası zona yarışları mayın sonunadək davam edəcək. Yarışlarda 6 mindən çox şagirdin iştirakı nəzərdə tutulub.

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!