Modern.az

Misirdə Laçınla bağlı bəyanat

Misirdə Laçınla bağlı bəyanat

19 May 2015, 08:58

Dünən Azərbaycanın Misirdəki səfirliyi Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 23-cü ildönümü ilə bağlı bəyanatı Misirin müxtəlif kütləvi informasiya vasitələrində yayılıb.

Bəyanatda 1992-ci ilin 18 may tarixində Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 23 ilin ötdüyü qeyd edilərək, ermənilər tərəfindən yüzlərlə tarixi-mədəni nümunələrin, onlarla qəsəbə, kənd və tarixi abidələrin dağıdılaraq talan edildiyi barədə məlumat verilib, işğal nəticəsində 64 minə yaxın Azərbaycan vətəndaşının öz doğma yurdundan didərgin düşdüyü bildirilib.

Laçının işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxsin həlak olduğu və itkin düşdüyü, işğal altında 8950 binanın, o cümlədən 7 sənaye və tikinti müəssisəsinin, 471 xidmət idarəsinin, 154 məktəbin, yüzlərlə tarix-mədəniyyət abidəsinin qaldığı barədə məlumatlar bəyanatda öz əksini tapıb.

Bəyanatda həmçinin Qarabağ münaqişəsinin 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yarandığı və Azərbaycan torpaqlarının iyirmi faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu diqqətə çatdırılıb.

BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamənin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyi bəyanatda xüsusilə vurğulanıb.

 

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər