Modern.az

Universitet gənc müəllimlər axtarır

Universitet gənc müəllimlər axtarır

19 May 2015, 09:58

Azərbaycan Dövlət İqtisad Universitetində “Gənc müəllimlər” layihəsinə start verilib.

 

Universitetdən Moderna.z-a verilən məlumata görə, layihənin həyata keçirilməsində məqsəd özünə inanan, tələbələrlə işləməyə həvəs göstərən və gələcəyini pedaqoji fəaliyyətdə görən ünsiyyətcil gəncləri Azərbaycan Dövlət İqtisad Universitetinə cəlb etməkdir. Yaşı 30-a qədər olan magistr təhsilli gənclər layihədə iştirak etmək üçün sənəd təqdim edə bilər. Xarici dil bilikləri olanlara üstünlük veriləcək.

Tələblərə cavab verən namizədlər mövcud qanunvericiliyə uyğun olaraq ADİU-da işə qəbul ediləcəklər.

Layihədə iştirak etmək istəyənlər CV-lərini 18 iyun 2015-ci il tarixinə qədər [email protected] ünvanına göndərə bilər. Əlaqə: (012) 497-58-63

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?