Modern.az

“Hadisə yerindən gəlirəm, dəhşətli faciədir” - Binəqədinin deputatı Madər Musayev

“Hadisə yerindən gəlirəm, dəhşətli faciədir” - Binəqədinin deputatı Madər Musayev

Təhsil

19 May 2015, 16:04

“Elə indicə hadisə yerindən gəlirəm, dəhşətli faciədir”. Bunu Modern.az saytına Binəqədi rayonunun üç deputatından biri - Madər Musayev deyib.

Deputat ölənlərin yaxınlarına səbr, xəstəxanada müalicə alanlara şəfa diləyib:
“Dövlət rəsmiləri hadisə yerindədir, məsələni araşdırıb, lazımi ölçü götürəcəklərinə inanıram”.

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli yaşayış binasında yanğın baş verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın saytımıza verdiyi son məlumatlara görə, hadisə nəticəsində 50 nəfər xəsarət alıb, 34 nəfər hospitallaşdırılıb, xəsarət alanlardan 7 nəfərə tibb müəssisələrində, 10 nəfərə isə yerində yardım göstərilib. Ölənlərin sayı 16 nəfərdir.

Qeyd edək ki, xəsarət alan və ölənlərin sayı artır...

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?