Modern.az

Yanan binada itkin düşən azyaşlınn ölüm xəbəri gəldi- YENİLƏNİB

Yanan binada itkin düşən azyaşlınn ölüm xəbəri gəldi- YENİLƏNİB

19 May 2015, 16:37


Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində azyaşlı uşaq itkin düşüb. Modern.az saytı bildirir ki, bu barədə jurnalist Əzizə İsmayılova məlumat verib.

Məlumatda bildirilir ki, hadisə baş verəndə uşaq evdə anası ilə olub. Yanğından sonra anası Günay Məhərrəmova yanıq xəsarətləri ilə Toksikologiya Mərkəzinə yerləşdirilib. Vəziyyəti ağırdır.

Ananın bildirdiyinə görə, Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı onu xilas edərək xəstəxanaya aparıb, uşaqdan isə xəbər yoxdur.

Taleyindən xəbər tutula bilməyən uşaq 2012-ci ilin sentyabrında anadan olub. Atası Elnur Məhərrəmov hazırda bütün xəstəxanaları gəzdiyini, amma xəbər ala bilmədiyini deyir.

***

Jurnalist daha sonra azyaşlının xəstəxanaya yerləşdirildiyini deyib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?