Modern.az

Ali məktəblərə qəbul imtahanlarının nəticələri AÇIQLANDI

Ali məktəblərə qəbul imtahanlarının nəticələri AÇIQLANDI

Təhsil

19 May 2015, 17:10

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  (TQDK) mayın 17-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

TQDK-dan Modern.az-a verilən məlumata görə may ayının 17-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 19-da saat 16:45-dan etibarən açıqlayıb. 

İmtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. 

Abituriyentlər imtahan nəticələrini həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. 

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 16071 abituriyentdən 1010 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 15061 abituriyentdən 35 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. TQDK-nın internet saytında imtahanda iştirak edən 15026 abituriyentin imtahan nəticələri yerləşdirilib. 

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.     

Yeganə OQTAYQIZI  


Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür