Modern.az

Yanğında ölən və yananlarla bağlı ən son MƏLUMAT

Yanğında ölən və yananlarla bağlı ən son MƏLUMAT

Təhsil

19 May 2015, 17:40


Bakı şəhəri, Binəqədi rayonunda Azadlıq 170 ünvanındakı yaşayış binasında baş vermiş yanğınla əlaqədar ən son məlumatlara əsasən, 50 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əvvəlcədən yaralıların qəbulu üçün tam hazır vəziyyətdə olan xəstəxanalarda yaralılara ən yüksək səviyyədə bütün lazımi tibbi yardım göstərilir. 

Ümumilikdə xəsarət alanların sayı 50 nəfərdir.

Aldıqları müxtəlif bədən xəsarətlərindən 14 nəfər dünyasını dəyişib.

Hazırda yaralıların əksəriyyəti, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində toksiki zəhərlənmə diaqnozu ilə yerləşdirilib.

Digər yaralılar Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 6 saylı BŞX-na və Yanıq şöbəsinə yerləşdiriliblər. 10 nəfərə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.

Hazırda səhiyyə nazirinin müavinləri də xəstəxanalardadırlar, yaralıların hazırkı vəziyyəti ilə şəxsən tanış olurlar və lazımi göstərişlər verirlər. Yanğın başlanan andan etibarən hadisə yerində çalışan 30 Təcili və Təxirəsalınmaz Tibbi Yardımın briqadası artıq qayıtmaq üzrədir, lakin 3 briqada hazır vəziyyətdə hadisə yerində qalır.

Xəstəxanalarda olan yaralıların həyati təhlükəsi yoxdur.

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı