Modern.az

Həyəcanlı PROQNOZ: Bakıdakı memarlıq abidələri də yana bilər

Həyəcanlı PROQNOZ: Bakıdakı memarlıq abidələri də yana bilər

19 May 2015, 17:56

 

“Binaların tez alışan materiallarla üzlənməsi yığışdırılmalıdır. Çünki həmin material zəhərli qabın sıxlaşdırılmasından alınır. Məqsəd ondan ibarətdir ki, ona rəng də qatmaq olur. Guya o rəng bizim ağ lay olur”.

Bu sözləri Modern.az saytına əməkdar rəssam, memar Ömər Qorcu deyib. O bildirib ki, hər dəqiqə həmin materialla üzlənən digər binalarda da yanğın ola bilər:

“Bakı şəhərindəki memarlıq abidələrinin demək olar hamısı o ağ layla üzlənib. Həmin ağ laya koloriti verirlər. Bununla da iş bitir. Həmin material son dərəcə yüngüldür, tez evin fasadını onunla örtmək olur və o ağ laydan yüz dəfə ucuzdur. Amma yanğına çox həssasdır.

Birinci bina yanandan sonra Fövqəladə Hallar Nazirliyi həmin materialın istifadəsini qadağan etmişdi. Hətta o materialla üzlənən 60-70 binanın sökülməsinə qərar verildi. Həmin materialla üzləndiyi zaman bir dəqiqəyə bütün binanı alov götürür.

Yanğının qarşısını almaq olmur. Çünki həmin maddə zəhərli qazla sıxılıb”. Mütəxəssisin fikrincə, ümumiyyətlə, həmin materiallar Azərbaycana gətirilməməlidir: “Fövqəladə Hallar Nazirliyi bundan sonra həmin materialların Azərbaycana gəlməsinə xüsusi diqqət etsin. Hətta qadağa da qoya bilər. Çünki həmin maddə yanğın mənbəyidir. Hər dəqiqə hadisə baş verə bilər. Kim təminat verə bilər ki, bundan sonra binalar yanmayacaq”.

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə yerində olan Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında yanğın nəticəsində 4 nəfərin öldüyünü, 10-dan çox adamın xəsarət aldığını deyib. O, əlavə edib ki, yanğına səbəb binanın üzlüyünün keyfiyyətsiz olması ilə bağlıdır. Səhiyyə Nazirliyi isə ölənlərin sayının 16-ya, yaralıların isə 54-ə çatdığını bildirib.

Sevinc Yasinqızı


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir