Modern.az

Zamin Hacı Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldı

Zamin Hacı Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldı

19 May 2015, 18:30


“Yeni Müsavat” qəzetinin köşə yazarı, tanınmış jurnalist Zamin Hacı Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Modern.az xəbər verir ki, bu barədə musavat.com-a açıqlamasında jurnalist özü bildirib. Jurnalistin idarəyə hansı səbəbdən çağırıldığı bilinmir. Bu barədə onun özünə də hər hansı məlumat verilməyib.   

Jurnalist ona zəng edən BŞPİ nümayəndəsinə idarəyə gəlməyəcəyini desə də, qarşı tərəf ona “özünüz gəlməsəniz yoldan tutub aparacağıq” hədəsini ünvanlayıblar. Zamin Hacı saat 19.00-da idarədə olmalıdır.   

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər