İcra başçısının müavini qeyd edib ki, Zığ şossesi boyunca 14 bina və "Qara şəhər"də bir bina olmaqla ümumilikdə Xətai rayonu ərazisində 15 binanın üzlüyü dəyişdiriləcək: "Bu binalarda yanğına həssas üzlüklər daş üzlüklərlə əvəzlənəcək".
Qeyd edək ki, bu gün Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov bildirib ki, Binəqədi rayonunda baş vermiş yanğın prezidentin ciddi narahatlığına səbəb olub: Cənab prezident yanğının nəticələrinin aradan qaldırılması, zərər çəkmiş şəxslərə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına tapşırıqlar verib".
Ə. Həsənov eyni zamanda onu da qeyd edib ki, dövlət başçısı Xətai və Binəqədi rayonlarında iki yaşayış binasında baş vermiş yanğının səbəblərinin bütün təfərrüatları ilə araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib: “Həmçinin yanğına məruz qalmış üzlük materialların istehsalına uyğunluq serifikatının verilməsi, onlardan yaşayış binalarında üzlük kimi istifadə edilməsi, bu halda təhlükəsizlik normalarına riayət olunub-olunmaması məsələləri də araşdırılacaq, pozuntuya yol vermiş qurumlar və şəxslər ciddi şəkildə cəzalandırılacaq. Həmin materiallarla üzlənmiş binalarla bağlı müvafiq tədbirlər görüləcək”.