Modern.az

Hacıbala Abutalıbov yanan binanın sakinləri ilə görüşür

Hacıbala Abutalıbov yanan binanın sakinləri ilə görüşür

20 May 2015, 12:47

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hazırda Binəqədi rayon ərazisində yerləşən 5-ci polis bölməsində, yanan binada zərərçəkən ailələrlə görüşür.

Binəqədi Rayon İcra Hakimiyyətindən Modern.az saytına verilən məlumatda bildirilib ki, görüşdə icra başçısı Xaləddin İsgəndərov və digər məsul şəxslər də iştirak edirlər.

Mer jurnalsitlərə açıqlamasında deyib ki, razılıq verilərsə, şənbə günü təmirə başlanılacaq. O təmir müddətinin 2 aya yaxın vaxt alacağını deyib. FHN binanın dayanaqlı olmaması haqda qərar versə, bina mütləq söküləcək, yerində daha yaxşı bina tikiləcək. Hazırki binada 50 kvadratmetr evi olanlara biz yeni binadan 70 kvadratmetrlik məznil verəcəyik.

Ailələrə min manat kompensasiya verilib, bu ilk addımdır.. Çoxu pulu alsa da, qohumlarınını evində qalmaq istədiyini bildirib. Dövlət tərəfindən vəfat edənlərin  yaxınlarına, yaralananlara və mənzildə xəsarət alanlara da bir dəfəlik müavinət veriləcək. Yanğınla bağlı ehtimallardan biri də üzlük material keyfiyyətsiz olmasıdır. Keyfiyyətsizdirsə, buna nəzərarət edənlər niyə baxmayıb? Tutaq ki, istehsal edən keyfiyyətsiz istehsal edib, bəs binaya vurulanda niyə nəzarət olunmayıb?  Üç ildir ki, bu bina yanmır. Niyə birdən-birə yandı? Bu materiallar, bütün dünyada istifadə olunur. Amma xaricdə bu materialı bina divarına  yapışdırırlar, bizdə isə aralı vurulub. Ona görə, boru kimi tam yanıb. Sakinlərlə görüşdə də demişəm onların bütün problemi həll olunacaq. Kim harda istəyirsə i kirayə ev tutsun, pulu özüm verəcəm. Əgər bilsəm ki, mənim ölməyimlə yanğında vəfat edənlərdən biri geri qayıdacaq, mən bu dəqiqə ölməyə hazıram".

Rəsmi məlumata görə, mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən hündürmərtəbəli binada baş verən yanğında 15 nəfər vəfat edib. Bu gün səhər saatlarda ölkə başçısı İlham Əliyev də hadisə yerində olub.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır