Modern.az

“Bu hamımızın faciəsidir, dəfndə iştirak edəcəyik” - Binəqədinin deputatı

“Bu hamımızın faciəsidir, dəfndə iştirak edəcəyik” - Binəqədinin deputatı

20 May 2015, 12:54

“Mən dünən hadisə baş verən andan orada idim. Çox dəhşətli idi, hələ də özümə gələ bilmirəm. Faciədə ölənlərin hamısı bizim bacı və qardaşlarımız, balalarımızdır”.

Bunu Modern.az saytına Binəqədi rayonundan deputat seçilən Madər Musayev rayonun Azadlıq prospekti 200/36 ünvanındakı yaşayış binasında baş verən faciə barəsində deyib.

Deputat bildirib ki, mayın 19-u axşam saatlarında rayonda qərargah yaradılıb:

“Müzakirələr apardıq. Hər birimiz bu gün keçiriləcək dəfn mərasimində iştirak edəcəyik. Hamının eyni mərasimə getməsi mümkünsüz olduğundan qrup şəklində bölüşüb iştirak etmək qərarına gəlmişik. Bu, hamımızın faciəsidir. Mənim, sənin demədən hər birimiz bu acını paylaşmalıyıq. Allah ölənlərə rəhmət eləsin!”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır