Modern.az

Deputatlar üçün etik davranış QAYDALARI hazırlanır

Deputatlar üçün etik davranış QAYDALARI hazırlanır

20 May 2015, 12:59


“Deputatların etik davranış kodeksinin qəbul olunması ilə bağlı işlər gedir. Artıq dünya təcrübəsi öyrənilir və bu istiqamətdə Avropa Şurasının müvafiq komissiyaları ilə görüşlər keçirilib”.

Bunu Modern.az saytına Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İntizam Komissiyasının sədri Siyavuş Novruzov bildirib.

Deputat deyib ki, sözügedən davranış kodeksinin necə həyata keçirilməsi məsələsində Avropanın ayrı-ayrı strukturlarının təcrübəsi öyrənilir.

Siyavuş Novruzov əlavə edib ki, artıq deputatların etik davranış kodeksi hazırlanır:

“Yəqin ki, Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq”.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır