Modern.az

“Prezident bizə binaların üzlüklərini yoxlamaq üçün 2 gün vaxt verib”

“Prezident bizə binaların üzlüklərini yoxlamaq üçün 2 gün vaxt verib”

20 May 2015, 13:03

Ötən gün Binəqədi rayonunda yaşayış binasında baş vermiş hadisə ilə bağlı Bak Şəhər İcra Hakimiyyətinin  (BŞİH) başçısı Hacıbala Abutalıbov açıqlama verib.

Modern.az saytının verdiyi xəbərə görə H. Abutalıbov jurnalistlərə bildirib ki, prezident İlham Əliyev Bakıda binalara vurulan üzlüklərin keyfiyyətinin yoxlanılması üçün 2 gün vaxt verib.  

“Bu müddətdə ekspertiza aparılacaq. Bakı şəhərinin bütün rayonlarında cəmi 140 binada bu materialdan üzlük var”,-deyə qeyd edib.  

BŞİH başçısı əlavə edib ki, bunların hamısından nümunə götürüləcək, laboratoriyadan keçirilərək ekspertiza olunacaq.  

“Yekun sənəd sonda mənə təqdim olunacaq. Bundan sonra biləcəyik ki, yanğın nədən baş verib. Bundan sonra binalardan üzlüklərin sökülüb-sökülməyəciyinə qərar veriləcək.

Çünki müəyyən sənədlərdə bu materiallardan üzlük kimi istifadə oluna biləcəyi yazılmışdı. Həmin material dünyanın bir çox yerində, o cümlədən Türkiyədə, Rusiyada istifadə olunub. Həmin ölkələrdə üzlüklər birbaşa divara yapışdırılaraq ara məsafə saxlanılmır. Ara məsafənin özü də yanğının sürətlənməsinə səbəbdir. Səbəblər çoxdu, sadəcə istintaq araşdırmasının nəticələrini gözləmək lazımdır".

Bakı meri baş verən hadisədə təxribat variantlarının da araşdırıldığını deyib.

“Prezident İlham Əliyevin göstərişi ilə üzlük vurulan bütün binaların qarşısına mühafizə qoyulub. İnsanlardan da  xahiş olunur ki, daha ayıq olsunlar. Çünki hazırda bütün dünyanın gözü Azərbaycandadır. Kimsə gəlib bizim ölkəni qoruyası deyil. Ona görə də əvvəlcə özümüz özümüzü qorumalıyıq".

Məlumat üçün bildərək ki, yanğn nəticəsində 15 nəfər ölüb.

Hadisə ilə bağlı qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.   

Modern.az



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir