Modern.az

Mehriban Əliyeva: "Səbəbkarlar cəzalarını alacaqlar" - FOTOLAR

Mehriban Əliyeva: "Səbəbkarlar cəzalarını alacaqlar" - FOTOLAR

Ölkə

20 May 2015, 13:16

 

Mayın 20-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 1 nömrəli Bakı Kliniki Tibbi Mərkəzinə gələrək Binəqədi rayonundakı çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində xəsarət alanların vəziyyəti ilə maraqlanıb.

Modern.az xəbər verir ki, Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanın birinci xanımını müalicə alanların səhhəti barədə məlumatlandırıb.

Bildirib ki, mayın 19-da paytaxtın Binəqədi rayonunda baş verən yanğın zamanı ümumilikdə 56 nəfər tibbi yardım üçün müraciət edib. Onlardan 15-nə yerindəcə tibbi yardım göstərilib, 41 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəstəxanalara yerləşdirilənlərdən 26-sı mayın 19-da buraxılıb.

Bir nəfər isə həkimlərin səyinə baxmayaraq, dünən gecə dünyasını dəyişib. Beləliklə, yanğın zamanı ölənlərin sayı 15-ə çatıb. Hazırda 14 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir. 1 nömrəli Bakı Kliniki Tibbi Mərkəzinin toksikologiya şöbəsində isə 12 xəstə müalicə alır. Xəsarət alanlardan üçü uşaqdır. Onlar üç, dörd və altı yaşlarındadırlar.

Nazirin deyib ki, hazırda xəstələrin vəziyyəti orta ağırdır və həyatları üçün təhlükə yoxdur.

Yanğın zamanı xəsarət alanlar dövlət başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya onlara göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yanğın zamanı xəsarət alanlarla söhbət edib. Bildirib ki, onların müalicəsinin yüksək səviyyədə aparılması və yanan binanın sakinlərinə dəyən maddi ziyanın ödənilməsi Prezident İlham Əliyevin birbaşa nəzarətindədir.

Yanğın zamanı dünyasını dəyişənlərin ailələrinə başsağlığı verən Azərbaycanın birinci xanımı deyib ki, hadisənin səbəbkarları cəzalarını alacaqlar.

Mehriban Əliyeva xəstələrə şəfa diləyib, onların sağlamlıqlarının bərpa olunması işinin daha yüksək səviyyədə aparılması üçün tapşırıqlarını verib.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?