Modern.az

Əli Həsənov: "Prezident İlham Əliyev Riqa Sammitində iştirak edə bilməyəcək"

Əli Həsənov: "Prezident İlham Əliyev Riqa Sammitində iştirak edə bilməyəcək"

20 May 2015, 14:32


Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-22-də Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin Riqa sammitində iştirak edə bilməyəcək.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, Əli Həsənov qeyd edib ki, I Avropa Oyunlarının başlanmasına çox az vaxt qaldığına və bu mühüm tədbirə hazırlıq işləri son mərhələyə qədəm qoyduğuna görə, Azərbaycan Prezidentinin qrafiki həddən artıq sıxlaşıb. Buna görə də dövlət başçısı sammitdə iştirak edə bilməyəcək.

Prezidentin köməkçisi bildirib ki, Riqa Sammitində Azərbaycanı Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcəklər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?