Modern.az

Qarabağ veteranının intiharı ilə bağlı cinayət işi açılıb

Qarabağ veteranının intiharı ilə bağlı cinayət işi açılıb

Təhsil

20 May 2015, 16:15


Mayın 19-da Cəlilabad rayon Polis Şöbəsinin qarşısında özünü yandıran Qarabağ müharibəsi və 20 yanvar iştirakçısı Mirtahir Mürsəlovun özünü öldürmə faktı ilə bağlı cinayət işi açılıb.

Modern.az saytının əldə etdiyi məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə hələ ki  saxlanılan yoxdur.

İddialara görə, Mirtahir Mürsəlovun özünə qəsd etməsinə səbəb rayon rəhbərliyinin onun problemlərinə biganə yanaşması olub.

Mərhum mayın 20-də Bakıda 5 saylı nömrəli xəstəxananın yanıq şöbəsində dünyasını dəyişib.

Yeganə OQTAYQIZI

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir