Modern.az

Rektor yanğında həlak olmuş tələbə qızın nüfuzundan DANIŞDI- FOTOLAR

Rektor yanğında həlak olmuş tələbə qızın nüfuzundan DANIŞDI- FOTOLAR

20 May 2015, 16:27

Bu gün Bakı Dövlət Universitetində (BDU) Binəqədi rayonunda baş vermiş yanğında faciəli şəkildə həyatını itirən Ekologiya və torpaqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Ülkər Eyvazovanın anım mərasimi keçirilib.

Modern.az saytı xəbər verir ki, BDU-nun rektoru akademik Abel Məhərrəmov bu ağır hadisədən bütün universitet kollektivinin sarsıldığını bildirib.

O. Ülkər Eyvazovanın tələbəlik dövründə qazandığı uğurlardan və tələbələr arasındakı yüksək nüfuzundan söhbət açıb. Qeyd edib ki, Ülkər Eyvazova qrup nümayəndəsi və fəal tələbə kimi həmişə seçilib, universitetin və fakültənin həyatında aktivlik göstərib. Rektor onun və bütün vəfat edənlərin ailələrinə səbr və Allahdan rəhmət diləyib.

 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir